“Bu haqda danışmaq istəmirəm” - AMALİYA PƏNAHOVA

  • By admin
  • 18 Mart 2017 10:44

amaliya

“Dostluq” kinoteatrının sökülməsiylə bağlı mətbuatda  və sosial şəbəkələrdə bir neçə gündür ki, xəbərlər dolaşır.

Gununsesi.info-nun xəbərinə görə, binanın söküləcəyi təqdirdə “Dostluq” kinoteatrının binasında fəaliyyət göstərən Xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrı və 119 saylı Ağdam  rayon Seçki Dairəsinin  36 saylı Seçki Məntəqəsi də oradan çıxarılacaq. Bələdiyyə Teatrının rəhbəri Xalq artisti Amaliya Pənahova əməkdaşımızla söhbətində məsələyə münasibət bildirməkdən imtina edib: “Bu haqda danışmaq istəmirəm”-, deyə o bildirib. 

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrı rəsmən “Dostluq” kinoteatrında yerləşsə də, əslində, teatrın əməkdaşları tamaşalara başqa müəssisələrdə məşqlər aparırılar. Eləcə də, tamaşalar üçün müxtəlif teatrların səhnələrini müvəqqəti arendaya götürürlər. Xalq artisti Amaliya Pənahova isə  World Business Centredəki ofisində fəaliyyət göstərir. 

Xatırladaq ki, Nəsimi rayonu ərazisində yerləşən  və sovet dönəmindən indiyədək fəaliyyət göstərən “Dostluq” kinoteatrının binası  sökülür. 

Gununsesi.info-nun xəbərinə görə,  “Dostluq” kinoteatrının binasını sökülüb, yerində hündürmərtəbəli yaşayış evləri tikiləcək.  Bununla əlaqədar olaraq, “Dostluq” kinoteatrının binasında fəaliyyət göstərən qurumlara da köçürülməylə  bağlı xəbərdarlıq edilib ki, tezliklə ərazini  boşaltsınlar.

Gülnaz Qənbərli

Gununsesi.info