Bu hava limanı eyni anda 3 ölkəyə təyyarə endirir: Avropanın ən maraqlı nöqtəsi

  • By Günel
  • 11 İyun 2025 13:14

Avropanın mərkəzində sərnişinlərin eyni vaxtda üç ölkəyə endiyi qeyri-adi hava limanı var… Hava limanı İsveçrənin Bazel, Fransanın Mulhouse və Almaniyanın Frayburq şəhərlərinə yaxınlığına görə hər üç ölkəyə xidmət göstərir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hava limanına enən sərnişinlər bu iki ölkədən birinə keçmək üçün Fransa və ya İsveçrə çıxış qapılarından istifadə edə bilərlər.

Almaniyaya birbaşa qapı yoxdur, ancaq Fransız çıxışını seçsəniz, Almaniya sərhədindən cəmi 13 dəqiqəlik məsafədə enəcəksiniz.

Digər tərəfdən, hava limanı kifayət qədər maraqlı olsa da, müəyyən çaşqınlıq yarada bilər. Bəzi aviaşirkətlər yalnız bir ölkə üçün uçuş məlumatlarını göstərir. Buna görə də uçuş ekranlarını diqqətlə izləmək faydalıdır. Xüsusilə dönüş səfərlərində təyyarənin hansı ölkəyə enməsinə diqqət etmək lazımdır.

EuroAirport birbaşa qatar stansiyasına bağlı deyil; lakin hər üç ölkə ilə ictimai nəqliyyat əlaqəsi var. Fransa tərəfində pasport nəzarətindən keçən sərnişinlər Saint-Louis qatar stansiyasına çatmaq üçün Distribus avtobusuna minə bilərlər. Oradan Mulhouse və ya Strasburqa qatarla getmək olar.

İsveçrə tərəfində Bazel şəhər mərkəzinə birbaşa avtobuslar və tramvaylar var.

Bu unikal hava limanı təkcə səyahət etmək deyil, həm də coğrafiya ilə tanış olmaq istəyənlər üçün ideal dayanacaqdır… Marşrutunuzu Avropada planlaşdırırsınızsa; Basel-Mulhouse-Freiburg hava limanına enməklə eyni anda üç ölkənin havasını ciyərlərinizə ala bilərsiniz…

Günel Həsənova 

Gununsesi.info