Bu hücuma görə məsuliyyət İran hökumətinindir -HÜQUQŞÜNAS

  • By admin
  • 27 Yanvar 2023 11:45

“İrandakı Azərbaycanın səfirliyinə hücum diplomatik missiyalarımıza əvvəlki hücumların artan xətt üzrə davamıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Cavad Cavadov deyib.

Onun sözlərinə görə, diplomatik missiyanın mühafizəsi, həmçinin onun yerləşdiyi xarici dövlətin aidiyyatı qurumlarının üzərinə düşür və terror aktına görə mühafizə lazımi səviyyədə təşkil olunmadığına görə İran hakimiyyət orqanları məsuliyyət daşıyır: “Digər məsuliyyət məsələsi istintaq yolu ilə həll olunmalıdır.

Cinayət Məcəllsinin 11-ci maddəsinə görə bu cinayət zərbaycan Respublikasının ərazisində baş verdiyindən Baş Prokurorluq əvvəlki hücumlarda olduğu kimi bununla bağlı cinayət işi başlamalıdır”.

Mətləb
Gununsesi.info