Emmanuel Makronun seçki qərargahlarına edilən kiberhücumlarda Rusiyanın əlinin olması ilə bağlı heç bir dəlilə rast gəlinməyib.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Milli Kiber Təhlükəsizlik Agentliyinin (ANSİ) rəhbəri Quilam Poupard deyib.
“Həyata keçirilən kiberhücumlarda Rusiyanın APT-28 haker qrupunun əlinin olması ilə bağlı heç bir sübut aşkarlanmayıb. Bu, hər kəsin təşkil edə biləcəyi bəsit bir hücum idi”, – Poupard bildirib.
Xatırladaq ki, Fransada seçki dönəmi zamanı rusiyalı hakerlərin Makronun seçki qərargahlarına kiberhücum təşkil etməsi barədə məlumatlar yayılmışdı.
Gununsesi.info













