YAP-çı deputatlar ayrıca iclasa çağırıldı

  • By admin
  • 28 Noyabr 2019 13:38

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının saat 11:00-a təyin olunan iclası başa çatıb.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, növbəti iclas bu gün saat 14:00-da keçiriləcək.

Bu iclasa Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasından olan deputatlar qatılacaq. YAP-çı deputatların hər birinə toplantıya qatılmaları tövsiyə olunub.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin buraxılması barədə məsələ qaldıracaq.

Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.

Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

Gununsesi.org