Bu iddia ŞOK effekti yarada bilər: İran İsrailin gizli sənədlərini ələ keçirdi

  • By admin
  • 25 Sentyabr 2023 10:02
tehran times yazı

Ofisi İranın paytaxtı Tehranda yerləşən “Tehran Times” qəzeti İsrailin 70 min səhifəlik məhkəmə arxivinə daxil olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşının psixoloji pozğunluqları olduğu iddia edilən sənədlərdə bir çox hökumət üzvlərinin hadisələri və İsrailin ərəb vətəndaşlarına qarşı sistemli ayrı-seçkilik etdiyinə dair məlumatların olduğu iddia edilib.

Qeyd edək ki, Netanyahu sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında çıxışı zamanı İranı hədəfə alıb.

Beynəlxalq ictimaiyyəti İranın hücumlarına biganə qalmaqda ittiham edən Netanyahu İranın nüvə ambisiyalarını saxlamasına baxmayaraq, sanksiyaların yumşaldılmasını tənqid edib. “İranın nüvə ambisiyalarına qarşı inandırıcı təhdid təqdim edilməlidir”, – deyə o bildirib.

“Mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm”, Netanyahu deyib.

Səid Əhmədli
Gununsesi.info