Bu iki ölkə investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

  • By ilhame
  • 10 İyul 2024 23:01

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfiri Məhəmməd Əl-Bluşi ilə iki ölkə arasında investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə monarxiyanın diplomatik missiyası sosial şəbəkədə bildirib.

 

“BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri Zati-aliləri Məhəmməd Əl-Bluşi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru cənab Kamran Nəbizadəni qəbul edib və iki ölkə arasında investisiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Gununsesi.info