Bu il 113 cinayətkar qrup zərərsizləşdirilib

Bu ilin 9 ayında keçirilmiş əməliyyat tədbirləri ilə 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in kollegiya iclasında bildirilib.

HTML tutorial

Qeyd olunub ki, 9 ayda respublika üzrə axtarışda olanların 81,4 faizi tutularaq istintaqa təhvil verilib. Cinayət işləri və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın təxminən 90 faizə qədəri ödətdirilib.

Həmin müddətdə qanunsuz dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 293 kiloqram çox, yəni ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək qeyri-leqal dövriyyədən 1 ton 400 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə də davamlı iş aparılıb. Xüsusi əməliyyat planı üzrə keçirilən tədbirlərlə ümumi çəkisi 25 tona yaxın olan çətənə və xaş-xaş kolu, eləcə də yabanı halda bitmiş 166 tondan çox həmin növ bitki aşkarlanaraq məhv edilib.

Gununsesi.info