Bu il 237 min nəfər iş yerini itirib - NEMƏT ƏLİYEV

  • By admin
  • 27 Noyabr 2017 12:24

“Bu ilin 9 ayında 237 min 800 nəfər iş yerini itirib”.

Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyev bildirib.

Ekspert qeyd edir ki, rəsmi məlumatların təhlilindən bu nəticə çıxır.

Belə ki, 31.12.2016-ci il tarixə işsizlərin sayı 252 min 800 nəfər,

01.11.2017-ci il tarixə yeni açılmış iş yerlərinin sayı 239 min 700 nəfər,

01.11.2017-ci il tarixə işsizlərin sayı 250 min 900 nəfər.

“Nəzəri cəhətdən, xəyalən özümüzü 239 min 700 sayda yeni iş yerinin yaradılması nağılına inandırsaq, o zaman 9 ay ərzində işsizlərin sayı 13 min 100 nəfərə düşməliydi (252800 – 239700=13100). Fəqət cari ilin noyabr ayının 1-nə açıqlanan məlumata görə işsizlərin sayı 250 min 900 nəfər olub. Deməli, ötən 9 ayda 237 min 800 nəfər iş yerini itirb ki, işsizlərin sayı yenidən 250 min 900 nəfərə yüksəlib”.

Vüsalə

Gununsesi.info