2016-cı ilin 6 ayı ərzində 283 nəfər İİV-ə yoluxub.
Bu barədə Gununsesi.info-ya Səhiyyə nazirliyindən məlumat verilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2016-cı ilin birinci yarımilliyi üzrə məlumatında bildirilib ki, İİV-ə yoluxanların 276-ı Azərbaycan vətəndaşlarında, 7-i isə əcnəbilərdə aşkarlanıb.
Qeydiyyata alınan 276 yerli sakinlərdən 180-i kişi, 96-sı isəqadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib.
Mərkəzdən verilən məlumatda bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunan Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: “56 nəfər parenteral, 160 nəfər heteroseksual, 5 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər şaquli yolla, 51 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir. 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunan4955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3607-si kişi, 1348-i qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfər”.
Mürtəza
Gununsesi.info