“Bu il ad günü qeyd etməyəcəm, şəhidlərimiz var” – Kübra Əliyeva FOTOLAR

  • By admin
  • 05 Yanvar 2021 14:35

“Mən ad günlərimi qeyd etməyi sevmirəm, bu il isə ümumiyyətlə qeyd etməyəcəm. Bizim dövlətimiz bu haqq müharibəsində qalib gəldi, amma bu qalibiyyətin arxasında neçə-neçə igidlərimiz şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin” 

Gununsesi.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bu gün 72 yaşına qədəm qoyan əməkdar artist Kübra Əliyeva deyib. Sənətkar şad günlərə müvəqqəti olaraq fasilə verilməsini istəyib.
“Ad günü, toy günü, nişan günü, xına günü – bunların hamısı olacaq, amma biz müsəlmanıq, bir müddət bu şadlıqlara, əyləncələrə fasilə verməliyik. Hətta mən yeni ili də qeyd etmədim, öz ailəmlə evdə oturdum, qonaq da qəbul etmədik. Bu gün də həmçinin. İki il əvvəl  heç 70 illik yubileyimi də qeyd etməmişdim. Mənə hədsiz təbrik mesajları gəlir, tamaşaçılarıma, xalqıma təşəkkür edirəm, hamısına can sağlığı arzulayıram” deyə sənətkar bildirib.
Aktrisa vaxtında teatrı tərk etdiyini bildirib.
“Uzun illər Sumqayıt Dövlət Dram Teatrında və Akdemik Milli Dram Teatrında çalışmışam. 42 il xalqıma xidmət etmişəm. Teatrda çalışdığım illərdə heç bir bayramı, əlamətdar günü ailəmlə birlikdə qeyd edə bilmirdim, ona görə də hər bir şeyi gecədən hazırlayırdım. 4 aylarla qastrol səfərində olan bir sənətçiyəm. Qoy indi teatrda gənclər çalışsın. Yaxşı ki, vaxtında teatrdan getdim, çünki ağır xəstəliklərlərlə mübarizə aparırdım. Həkim səhnəyə çıxmağıma icazə vermirdi. Şükür ki, ən ağır xəstəliyə qalib gəldim. Bu gün cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin verdiyi təqaüdlə həyatımı yaşayıram. Arzu edirəm ki, bu koronovirus xəstəliyindən də asanlıqla xilas olaq” deyə sənətkar bildirib.