Bu il Azərbaycanda 257 piyadanı maşın vuraraq öldürüb - Baş Dövlət Yol Polisi İdarəsi

  • By admin
  • 14 Noyabr 2016 10:00

yol_polisi

Bu ilin 10 ayında Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Gununsesi.inf0-ya verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib. Nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb.

Gununsesi.inf0