Bu il Azərbaycanda qeydə alınan boşanmaların sayı açıqlandı - STATİSTİKA

2019-cu ilin yeddi ayında ölkədə 33647 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.

Gununsesi.org-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

HTML tutorial

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Gununsesi.org