Bu il Azərbaycanda baş verən yanğınlarda 23 nəfər ölüb

  • By admin
  • 07 Avqust 2020 16:32

Bu ilin birinci yarısında Azərbaycanda baş verən yanğınların statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, 2020-ci ilin I yarımilliyi ərzində təhqiqatı aparılmış yanğınların sayı 1121 olub. Yanğın hadisələri zamanı 23 nəfər ölüb, 61 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 55 nəfər və ya 47% azdır.

 

 

Gununsesi.info