Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri mənzillə təmin ediləcək

  • By admin
  • 01 Mart 2021 11:10

Bu il Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatı olan bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il 3000-ə qədər mənzilin şəhid ailəsi və müharibə əlilinə təqdim edilməsi planlaşdırılır. Həmin mənzillər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatı olan bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək. Qeyd edilən şəhər və rayonda mənzillə təmin olunmayan və yaşayış ehtiyacı olan heç bir şəhid ailəsi və müharibə əlilli qalmayacaq:

“Paralel olaraq, regionlarda da bu iş aparılır. Ötən il 800 ev məhz regionda yaşayan şəhid ailəsi və müharibə əlilinə təqdim edilib. Bu proqram bu il də davam etdiriləcək.

Nazir əlavə edib ki, şəhid ailələri və müharibə əlilləri üçün Binəqədi rayonunun Xocasən qəsəbəsində, Sumqayıt şəhərində, Qaradağ rayonunda yaşayış kompleksləri tikiləcək və il ərzində hazır olduqca istifadəyə veriləcək.

Gununsesi.info