Bu il doğulanların çoxu oğlanlardır

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94671 doğulan körpə qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulanlardan 2854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm olub.

 

Gununsesi.info