
Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə gələn turistlərin statistikasını açıqlayıb. 2016-cı ilin ilk beş ayında Gürcüstana iki milyondan çox adam gedib.
Turizm administrasiyasının rəhbəri Georgi Çoqovadze nəticənin 2015-ci illə müqayisədə 15,3 faiz çoxaldığını deyib. Ən çox gedənlər isə azərbaycanlılardır: 570,825 nəfər.
Təkcə mayda Gürcüstana 11,944 Azərbaycan vətəndaşı gedib.
Gununsesi.info