Bu il mobil operatorlar nə qədər pul qazanıb? - STATİSTİKA

  • By admin
  • 16 Sentyabr 2019 17:21
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1397,2 mln. manatlıq xidmət göstərib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub.
 
Gununsesi.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6% artıb, bu sahədə əldə edilmiş gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə edilən gəlirin 41,4%-i və ya 579 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Gununsesi.org