Bu il neftə tələbat azalacaq

  • By admin
  • 13 Aprel 2022 09:40

Ukraynadakı hərbi əməliyyatlar və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Kartelin proqnozuna görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barel azalaraq 100,5 milyon barel olacaq.

Geosiyasi gedişatla yanaşı, koronavirusun “omikron” ştamının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barel olacağını qeyd edib.

Gununsesi.info