Bu il Qarabağda müharibə olacaq - BUNU ABŞ KƏŞFİYYATI BƏYAN EDİB

  • By admin
  • 12 May 2017 09:32

qarabagda muharibe

“Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlaya bilər”.

Gununsesi.info-nun azvision-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kotsun hesabatında qeyd edilib.

“2016-cı ilin aprel ayında Dağlıq Qarabağ məsələsinə görə, Azərbaycan və Ermənistan arasında gərginlik artdı. Tərəflərin kompromisə getmək istəməməsi 2017-ci ildə genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması ehtimalını artırır”, – deyə hesabatda bildirilib.

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri hesab edir ki, Azərbaycan Rusiya, İran və Qərblə münasibətlərdə balansı qorumağa davam edəcək.

Qafqaza həsr olunan hesabatda əlavə olunub ki, Gürcüstan yaxın vaxtlarda Avropa ittifaqı ilə əlaqələri dərinləşdirəcək və NATO ilə hərbi əməkdaşlığı genişləndirəcək.

Gununsesi.info