Şahmat üzrə dünya çempionatı Qətərdə keçiriləcək

  • By Günel
  • 23 Yanvar 2025 21:42

2025-ci ildə sürətli şahmat və blits üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Mətbuat xidməti məlumat yayıb.

Sürətli şahmat dekabrın 26-28-də baş tutacaq. Blits yarışları isə dekabrın 30-31-nə təsadüf edəcək.

Qeyd edək ki, ötən il mundial ABŞ-nin Nyu York şəhərində keçirilib.

Gununsesi.info