Bu il təhsil alacaq şagirdlərin sayı bəlli oldu - 1 415 242 nəfər

  • By admin
  • 14 Sentyabr 2016 15:42

tehsil

2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək.

HTML tutorial

Gununsesi.info Təhsil Nazirliyinin saytına istinadə xəbər verir ki, 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfərdir.

Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.

Anar
Gununsesi.info