Bu il üç dəfə Günəş tutulması (qismən tutulma) baş verəcək. Onlardan ikisi cənub, biri isə şimal yarımkürəsini əhatə edəcək.
Bu haqda Gununsesi.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək.
Avqustun 11-də Bakı vaxt ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.
Gununsesi.info