Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan Respublikasının vətəndaşı ölkəmizə repatriasiya olunublar.
Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb.
İl ərzində Suriya Ərəb Respublikasından ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib.
Eyni zamanda, İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.
Gununsesi.info