
“Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub”.
Gununsesi.org-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.
Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin yol qəzalarında 738 nəfər ölüb, 1535 nəfər xəsarət alıb. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.