Bu, insanlığın sonu ola bilər - Mütəxəssisdən SENSASİON AÇIQLAMA

  • By admin
  • 10 İyun 2022 11:12

Komplo nəzəriyyəsini yaxından araşdıran mütəxəssislər bilirlər ki, 4-cü sənaye əsri insanlığın sonu ola bilər. Məhz bu əsr üçün yüz illərdir əlindən gələni edən İblis silahdaşları ilə bərabər yavaş-yavaş öz hədəfinə çatır desək, yanılmarıq. 

Gununsesi.info bildirir ki, bu fikirləri Publika.az-a qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.

Mütəxəssis bildirib ki, belə bir qənaətə gəlməsinə səbəb yod haqqında apardığı xüsusi araşdırmalar olub: “Təbabət elmini məhv edib insanları məqsədli şəkildə kimyəvi dərmanlardan asılı vəziyyətə salan güclərin bir hədəfi də qidalar vasitəsilə insanları məhv etməkdir. Bu gün həmcins münasibətlərin artmasının səbəbi məhz qidalarda axtarılmalıdır. Qidaların genini dəyişən “Genetik” şirkəti dünyada torpaqları zəbt etməklə, yəni bioimperializmlə məşğuldur. Necə ki, 1979 cu ildə E-Coli bakteriyasından insulini yaratdılar. Niyə? Məqsəd nə idi? Statistikaya diqqət edin. Həmin illərdən sonra şəkər xəstəliyinə tutulanların sayı artdı. Geni dəyişdirilmiş qidalar, yarımfabrikatlar, trans yağlar  sayəsində insanların bəzilərində şiş xəstəlikləri, fiziki yorğunluq, translaşma, şəkər, obezitə və s. kimi xəstəliklər yayıldı”.

A.Salamov yodla bağlı bir sıra mühüm məqamları da qeyd edib:

“1811-ci ildə tapılan yod 1948-ci ilə qədər bütün xəstəliklərdə antibiotik kimi istifadə olunub. 1948-ci ildə yod tibbin gündəmdən çıxarıldı, patent tibbin təməli qoyuldu. Yəni, o gündən yüzlərlə antibiotiklər, ağ ciyər dərmanları, təzyiq dərmanları patentləndi. Yodla müalicə olunan xəstəliklər yerinə patentli dərmanlar gündəmə gəldi və təəssüf ki, yod unudularaq tibbin gündəmindən uzaqlaşdırıldı. Ta 1997-ci ilə qədər… Bir qadın ginekoloq döş kistasının yüksək dozada yod qəbulu ilə aradan qaldırdığı barədə məqalə dərc edir. Bu məqalə Amerikada iki həkimin diqqətini çəkir və onlar yodun keçmişdə istifadə olunan dozasını araşdıraraq, onu yenidən gündəmə gətirmiş olurlar. Təxminən 4 il əvvəl həmin həkimlərdən biri – Devid Braunsteyni Türkiyəyə dəvət olunur və o, orada həkimlərə təlim keçir. Az sayda tibb mütəxəssisi bu gün yodla müalicəni Türkiyədə həyata keçirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəlcə yodun 150 (0,15 milliqram) mikroqram istifadəsinə icazə verir, daha sonra bu rəqəmi 1100 (1,1 milliqram) mikroqrama qədər artırıb. Yaponiya Səhiyyə Nazirliyi ölkə əhalinin gündəlik 3 000 mikroqram (3 milliqram) yod istifadə etdiyini açıqlayıb. Nəzərə alsaq ki, yapon xalqı dəniz məhsullarından geniş istifadə edir, buna görə də gündəlik 12 000 mikroqram (12 milliqram) yod istehlak etmiş olurlar. Sözügedən yod texniki yod deyil”.

Gununsesi.info