Bu iqamətgahda robotlar işləyir - FOTO

  • By admin
  • 07 Dekabr 2016 15:00

robot

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın San Fransisko şəhərində yerləşən “Jasper” iqamətgahında “Relay” adlı robotlar işləyir. “Savioke” şirkətinin 2014-cü ildən üzərində çalışdığı bu robotlar artıq istifadəyə verilib. İqamətgahda fəaliyyət göstərən “Relay” sifariş olunan məhsul və əşyaları otaqlara çatdırır. Müştəri şifrə ilə robotun qapağını açaraq həmin şeyləri götürür. “Relay” adlı robot, həmçinin, 3D kamera və Wi-Fi imkanlarına malikdir.

Nigar Cəfərli

Gununsesi.info