İran üçün bu həyati məsələdir -Liz Tras

  • By admin
  • 13 Dekabr 2021 15:38

İngiltərə Xarici işlər naziri Liz Tras Avstriyanın paytaxtı Vyanada aparılan nüvə danışıqları ilə bağlı İrana xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, nazir İranla diplomatiya şansının tükəndiyini bildirib.

HTML tutorial

“İran axırıncı şansından istifadə etməli, nüvə müqaviləsinin bəndlərinə uyğun olaraq, ciddi təkliflərlə danışıqlar masasının arxasına qayıtmalıdır. Bu, İranın danışıqlar masasına qayıtması üçün son şansıdır. Əlbəttə, danışıqlar və yeni müqavilənin imzalanması üçün hələ də vaxt var, amma bu, İranın sonuncu şansı və fürsətidir. Aparılan danışıqlardan nəticə çıxarması İran üçün həyati məsələdir”, – Tras qeyd edib.

Nazir İngiltərənin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyib: “Müttəfiqlərimizlə İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq”

Gununsesi.info