“Bu işğal nə üçün davam etməlidir?” - Çavuşoğlu Qarabağın işğalına bu dəfə AŞPA-dan etiraz etdi

  • By admin
  • 12 Oktyabr 2016 19:16

cabus

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın sessiyasındakı çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualını da cavablandırıb.

Gununsesi.info-nun məlumatına görə, nazir ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylər göstərdiyini diqqətə çatdırıb. O, deyib: “Rusiya münaqişənin həlli istiqamətində öz səylərini bizimlə paylaşdı, biz də dəstəyimizi bildirdik. Biz problemin Azərbaycanın marağına uyğun olaraq nizamlanmasını dəstəkləyirik. Bu işğal nə üçün davam etməlidir?”

Gununsesi.info