
“Mosuldakı Nuri məscidinin ələ keçirilməsi İŞİD-in sonu anlamına gəlir”.
Bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.
“Nuri məscidi ilə Hadba minarəsinin qaytarılması saxta İŞİD dövlətinin məhv olmasının göstəricisidir”, – baş nazir bildirib.
O bildirib ki, İraq əsgərləri sonuna qədər İŞİD terrorçularının məhv edilməsi üçün çalışacaq/Axar.az.
Qeyd edək ki, İraq Müdafiə Nazirliyi Mosulun tamamən İŞİD-dən azad edildiyini açıqlamışdı.
Gununsesi.info