“Bu istiqamətdə dağılan ailələrin sayı çoxalır” -Deputat

  • By admin
  • 09 İyun 2023 11:48

“Sonsuz, övladsız ailələrin, bu istiqamətdə dağılan ailələrin sayı çoxalır. Nə Səhiyyə Nazirliyi nə də TƏBİB-lə bu mövzuya bir çıxış yolu tapa bilmirik”. 

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Qənirə Paşayeva Milli Məclisin iclasında bildirib.

Deputat qeyd edib ki, buna görə də Reproduktiv Səhiyyə haqqında qanunu qəbul etməliyik: “Türkiyədə tibbi sığorta ilə insanlar iki dəfə tam dəstək, bir dəfə isə yarı dəstək ala bilirlər. Biz də isə belə bir dəstək ümumiyyətlə yoxdur. Düşünürəm ki, bu məsələ gündəmdə qalmalı və payız sessiyasında qanun qəbul olunmalıdır”.

Gununsesi.info