“Bu iştirak ölkəmizin beynəlxalq aləmdə mövqeyini bir daha gücləndirəcək” - millət vəkili

  • By admin
  • 09 İyul 2016 13:49

ell

 

“Ölkə prezidenti İlham Əliyevin NATO-nun Varşavada keçirilən sammitində iştirakı çox mühüm və əhəmiyyətli hadisədir. Çünki bu iştirak  ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, dövlət başçısının Varşava sammitində iştirakı onu göstərir ki, Azərbaycanla əməkdaşlıq edən ölkələr və beynəlxalq təşkilatlar bu əməkdaşlıqdan məmnundurlar. “Ölkə prezidentinin həyata keçirdiyi xarici siyasət çoxşaxəlidir və dövlət başçısı təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verir”- deyən millət vəkili bildirib ki,  Azərbaycan dövləti NATO ilə əməkdaşlıq çərçivəsində bütün öhdəliklərini həyata keçirir, anti-terror əməliyyatlarına mühüm töhfələr verir: “Hesab edirəm ki, bu da Azərbaycanın çox etibarlı tərəfdaş olduğunun bariz nümunəsidir”.

NATO sammitində Qarabağ münaqişəsinin müzakirə olunması məsələsinə gəlincə isə, millət vəkili  bildirib ki, münaqişənin belə bir yüksək sammitdə müzakirəsi vacib əhəmiyyət kəsb edir. “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bütün dünyaya bəllidir. Cənab prezident də dəfələrlə bu mövqeni səsləndirib, yəni, bu mövqedə heç bir dəyişiklik yoxdur və olmayacaq da. Eyni zamanda, bu gün  Ermənistanın qeyri-ciddi tərəfdaş olduğunu hamı bilir. Bu baxımdan, sammit çərçivəsində də Azərbaycanın mövqeyinin bir daha dünya ictimaiyyətinə çatdırılması ölkəmiz üçün cox önəmli və vacibdir”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Gununsesi.info