Bu kəndə kişilərin girişi qadağandır- SÜNNƏT EDİLƏN QADINLARIN İNTİQAMI

Bu kəndə kişilərin girişi qadağandır

Keniyanın Samburu bölgəsində yerləşən Umoja kəndi 27 illik tarixə malikdir. “Umajo” yerli dildə “birlik” mənasını verir. Kəndin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, buraya kişilərin girməsi qadağandır.

Gununsesi.info-nun xəbərinə görə, uzun illər boyunca kişilər tərəfindən fiziki və cinsi təcavüzə məruz qalan qadınlar şiddətə dözməyib bu kəndi salıblar.

Samburu qəbiləsində qız uşaqları da oğlanlar kimi sünnət edilirdilər. Sünnətin qadın üçün fəsadları o qədər ciddidir ki, onlar həmin an baş verən qanaxmadan ölür, yaxud doğum edərkən ciddi problemlərlə qarşılaşırdılar. Nəticədə qadınlar hər cür şiddətə etiraz əlaməti olaraq Umoja kəndini qurub kişilərin buraya girişinə qadağa qoyublar. Kənd sakinləri heyvandarlıqla məşğul olur, turistlərə öz əl işlərini satmaqla gündəlik xərclərini qarşılayırlar.

Kənd bir neçə il əvvəl Qərb mediası tərəfindən kəşf edilib.

Gununsesi.info Umojada çəkilən fotoları təqdim edir:

Gununsesi.info

COMMENTS