Nepalın Hokse kəndində qəribə hadisə baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu kəndin sakinləri beynəlxalq orqan alverinin qurbanı olduqlarını və böyrəklərini satmaq üçün aldadıldıqlarını iddia ediblər.
2015-ci ildə aparılan araşdırmada 300-dən çox kənd sakinlərinin böyrəklərini 160 sterlinə satdığı ortaya çıxıb. Qurbanlar Nepalla çox yaxın sərhəd olan Hindistanda orqan alverinə məruz qalıb.
Orqan satışının insan həyatı üçün təhlükəli olduğunu gecdə olsa öyrənən sakinlər bu işdən vaz keçsələr də yenə də qaçırılaraq böyrəklərini bağışlamağa məcbur qalıblar. Qızmar günəş altında və sərt bir şaraitdə işləyən bu kəndin sakinləri böyrək çatışmazlığına görə çox əziyyət çəkirlər.
Bu gün yoxsulluqdan əziyyət çəkən nepallı gənclər iş axtarmaq üçün körfəz ölkələrinə, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə üz tuturlar.
Üç il Səudiyyə Ərəbistanında işləyən 29 yaşlı Jit Bahadur Gurung 50 dərəcə istidə işlədiyini deyib: “Həddindən artıq istidə işləməli olduğum üçün nahar etməyə, tualetə getməyə və ya su içməyə vaxtımı olmur. Həddindən artıq çox tərləyirəm. Bir anda ayaqlarımın şişdiyini və yeriyə bilmədiyimi hiss edirəm. Sonra mənə dedilər ki, vəziyyətimin belə olması böyrəyimin sıradan çıxması ilə əlaqədardır”.
Bu prosesdən sağ çıxan Gurung böyrəksiz yaşamaq üçün dializdən keçməli və bu prosesdə orqan transplantasiyası üçün donor tapmalı olduğunu bildirib.
Şəbnəm
Gununsesi.info