Koronavirusa ən az yoluxan insanlar bu kateqoriyadandır – TƏSDİQLƏNDİ

  • By admin
  • 04 Mart 2020 09:50

Çinin Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzi koronavirusa yoluxanlarla bağlı statistik hesabat hazırlayıb.

Gununsesi.org “İzvestiya”ya istinadən xəbər verir ki, hesabata əsasən, koronavirusa ən az uşaqlar və yeniyetmələr yoluxur.

Mütəxəssislər 2020-ci ilin 11 fevral tarixinədək 70 min yoluxma faktını təhlil ediblər.

Alınan nəticəyə əsasən, doqquz yaşadək uşaqların və 19 yaşadək yeniyetmələrin yalnız 1%-i koronavirusa yoluxub.

Gununsesi.org