“Bu keçid vətəndaşlarımızın təhlükəsizliyi üçün tikilir” - ANAR NƏCƏFLİ

  • By admin
  • 01 Oktyabr 2019 20:26

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bakıda yeni tikilən keçidlə bağlı sosial şəbəkədə açıqlama yayıb.

Gununsesi.org həmin açıqlamanı təqdim edir:

“Bu keçidə bu gün biri Çin səddi dedi, biri Misir ehramı, biri keçilməz qala və sair. Əslində orda keçid vətəndaşlarımızın təhlükəsizliyi üçün tikilir. Bəziləri deyir ehtiyac yox idi, amma var idi. Orda tez-tez piyadaların vurulması ilə nəticələnən qəzalar olurdu.

Mənə verilən yeni məlumata görə, bu keçiddə fiziki məhdudiyyətli vətəndaşlarımızın hərəkəti, ahıl yaşlı insanlarımızın və körpə uşaqlı valideynlərin rahat və təhlükəsiz keçməsi üçün həm avtomatik pandus quraşdırılacaq, həm də layihənin sonunda keçid liftlə təmin olunacaq”.

Musavat.com

71187395_1680087135460933_6042162959835201536_n.jpg (63 KB)

 

 

Gununsesi.org