“Bu kimi hadisələr dövlətimizi qorxutmaq gücündə deyil” - Fazil Mustafa

  • By admin
  • 30 May 2023 11:43

“Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü bildirirəm”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

“Eyni zamanda Sahibə xanımın başçılığı ilə deputat həmkarlarıma da tez bir zamanda adekvat addımlar atdıqlarına görə minnətdarlığımı bildirirəm. Bu kimi hadisələr dövlətimizi qorxutmaq gücündə deyil. Hüquq-mühafizə orqanlarının atdığı addımlarla bir daha bildirildi ki, Azərbaycan dövlətinə qarşı heç kim bu dillə danışa bilməz”, – deputat vurğulayıb.

Qeyd edək ki, mart ayında sui-qəsdə məruz qalan deputat məlum hadisədən sonra bu gün Milli Məclisin iclasına qatılıb.

Gununsesi.info