Elon Mask Kadırovun maşınını söndürüb.
Çeçenistan prezidenti Ramzan Kadırov “Telegram” kanalında Tesla şirkətinin rəhbəri Elon Maskdan şikayətlənib.
Ramzan Kadırov deyib ki, Mask ona “hədiyyə etdiyi” elektrokarı uzaqdan söndürüb:
“Elon Mask çirkin hərəkət elədi. O, ürəkdən bahalı hədiyyələr verir, sonra isə onları uzaqdan söndürür. Yəqin ki, onun hədiyyəsini xatırlayırsınız – pulemyotla təchiz edib, cəbhəyə göndərdiyimiz “Cybertruck”ı. Həmin maşın döyüş tapşırıqlarının öhdəsindən çox gözəl gəlirdi. Elon Mask bu yaxınlarda o maşını uzaqdan söndürüb. Bu kişi işi deyil. Mən dəmir atı əvəzləməli oldum. Belə şey olar, Elon?”
Kadırov deyir ki, Maskın hərəkətinə cavab olaraq, Ukrayna cəbhəsinə daha iki “Cybertruck” göndərib.
Gununsesi.info