Bu, Kiyev üçün ciddi problemə çevrildi – Ukrayna iki əsas müttəfiqini itirdi

  • By admin
  • 05 Oktyabr 2023 14:29

“The Atlantic”in köşə yazarı Piotr Kosicki, Ukraynanın bölgədəki iki mühüm müttəfiqi Polşa və Slovakiyanın dəstəyini itirdiyini iddia edib.

Gununsesi.info xəbər verir ki, Kosiçki məqaləsində ABŞ-ın Kiyevə yardımını müvəqqəti büdcəsinə daxil etməkdən imtina etdiyi sentyabrın 30-un Ukraynaya beynəlxalq dəstək baxımından narahatedici dönüş nöqtəsi olduğunu vurğulayıb. “Bu tarix həm də təkcə Vaşinqton üçün deyil, həm də Ukraynanın Şərqi Avropadakı ən sadiq iki tərəfdarı üçün dönüş nöqtəsi oldu”, o yazıb.

“The Atlantic”in köşə yazarı vurğulayıb ki, şənbə günü Slovakiya parlamentinə keçirilən növbədənkənar seçkilərdə Ukraynaya yardımı tənqid edən Robert Fikonun rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SMER) qələbəsi Kiyev üçün ciddi problemə çevrilib.

Eyni zamanda, Ukraynanın daha əvvəl ən yaxın dəstəkçisi və qonşusu olan Varşavanın Kiyevə verdiyi dəstəyin quruduğuna diqqət çəkən Kosiçki məqaləsində qeyd edib ki, “Ukrayna taxılı ilə bağlı məsələ, Kanada parlamentinin nasistləri dəstəkləyən SS Qalisiya diviziyasının keçmiş ukraynalı əsgərini qəbul etməsi və alqışlaması qalmaqalı və Ukrayna prezidenti Vladimir Zelenskinin sərt və ehtiyatsız bəyanatları Polşa ilə münasibətləri çətinləşdirir.”.

Kosicki məqaləsini “Ukrayna ətrafında beynəlxalq həmrəylik günləri arxada qaldı” deyərək bitirdiyi halda, Avropa Parlamenti bu yaxınlarda özünün X sosial media hesabında verdiyi açıqlamada Ukrayna münaqişəsinin AB büdcəsini tükətdiyini etiraf edib.

Slovakiyanın keçmiş baş naziri, Sosial Demokrat Partiyasının lideri Robert Fiko 2022-ci ilin aprelində S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya ötürdüyünə görə Slovakiya hakimiyyətini dəfələrlə tənqid edib.

MiQ-29 döyüş təyyarələrinin konstitusiya normalarını kobud şəkildə pozaraq Kiyevə göndərildiyini də iddia edən Fiko partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə, Ukrayna Silahlı Qüvvələrinə hərbi texnikanın verilməsini dayandıracağına söz verib.

Səid Əhmədli
Gununsesi.info