
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, “Norviç Siti” ölkə çempionatının 35-ci turunda “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.
21 xalla turnir cədvəlində sonuncu – 20-ci pillədə olan “Norviç Siti” son 3 mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.
Gununsesi.info