Bu Komissiyanın yeni tərkibi formalaşdırıldı

  • By admin
  • 19 Mart 2022 15:34

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Komissiya sədrinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini”.

Gununsesi.info