Bu məhsullar iki dəfə bahalaşıb - VİDEO

  • By admin
  • 04 Yanvar 2023 12:22

Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaşıb.

Gununsesi.info xezerxeber.az-a istinadla xəbər verir ki, sabun, şampun, diş pastaları, müxtəlif dezodorantlar və bu kimi digər fərdi gigiyenik vasitələrin qiyməti gündən-günə artır.

Satıcılar deyirlər ki, qiymətləri onlar yox, firmalar qaldırırlar.

Əvvəllər 3 manata satılan antiperesperantlar indi 5 manatdan bahadır. Ən çox alınan şampunların qiyməti isə 5 manatdan 8 manata qədər yüksəlib.

Satıcılar bildirirlər ki, qarşıdakı aylarda qiymətlərin enməsi gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info