
İtaliyanın məhşur “Yuventus” klubunun sahibi Andrea Aqnellinin türk sevgilisi Deniz Akalından övladı dünyaya gəlib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda bu İtaliya mətbuatını baş xəbərinə cevrilib.
Belə ki, bir il beş aydır birlikdə olan cütlüyün qızı dünyaya gəlib. Onlar yeni doğulan qızlarına Livia Selin adını veriblər.
Xatırladaq ki, 10 il evli olduğu, 38 yaşlı Emma Vinterdən türk modelə görə ayrılan və dünya mətbuatının gündəminə düşən klub prezidentinin iki uşağı var.
D. Akalının isə keçmiş həyat yoldaşında bir uşağı var. D.Akalının əri Françesko Kalvo “Yuventus” klubunda sponsor əlaqələrinə məsul şəxs, həmçinin Aqnellinin də yaxın dostu olub. Kalvo dostunun xəyanətini öyrəndikdən sonra klubdan 2 milyon avro təzminatını alaraq “Barselona” klubuna transfer olub.
Anar
Gununsesi.info