
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın dəfn mərasimi keçirilib.
“Günün Səsi”nin xəbərinə görə, dəfn mərasimində Prezident Administrasiyasının, Milli Məclisin, hökumətin, ictimaiyyətin və medianın ayrı-ayrı təmsilçiləri iştirak etdiblər. Mərasimə minlərlə insan qatılıb. Onun dəfnində Türkiyənin Azərbaycandakı səfiri Cahid Kılıç, Milli Məclisin vitse-spikeri Əli Hüseynli, Milli Məclisin Ali Komitəsini sədri Hicran Hüseynova və əmisi Qəzənfər Paşayev də iştirak edib.
Mərasimdə Azərbaycan Parlamenti adından çıxış edən vitse-spiker Əli Hüseynli Paşayevanın itkisinin cəmiyyət və Parlament üçün ağır olduğunu söyləyib.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Kılıç da fikir bildirib. O, Qənirə Paşayevanın itkisini Türk Dünyasının itkisi olaraq qiymətləndirib.
Qənirə Paşayevanın ailəsi adından əmisi Qəzənfər Paşayev çıxış edib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin və Vitse-Prezident Mehriban Əliyevanın adından Qənirə Paşayevanın məzarı üzərinə əklil qoyulub.
Pərviz