
150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.
Bu barədə Gununsesi.info -ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, buna səbəb “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 29, 30 və 31 martda Pirallahı rayonu ərazisində Dübəndi-Zirə mənzili 31 km pk 3-də və Zirə-Gürgan mənzilinin 35 km pk 9-da qorunmayan dəmiryol keçidlərində aparılacaq təmir işləridir.
Rəsmi məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, 150,152,180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.
Gununsesi.info