Bu meşədə ağaclar kütləvi şəkildə kəsilib – VİDEO

  • By admin
  • 17 Yanvar 2022 20:24

Şabranda meşəlik ərazidə ağaclar kütləvi şəkildə kəsilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və insanlar tərəfindən ciddi qınaqla qarşılanıb.

Gununsesi.info  Xəzər TV-yə istinadən xəbər verir ki, bir vətəndaş Şabranda meşədə ağacların kütləvi şəkildə kəsilərək məhv edilməsi barədə video çəkərək paylaşıb.

HTML tutorial

Kadrlardan açıq aydın görünür ki, agaclar kəsilərək bir yerə toplanıb. Kəsilmiş ağaclar ərazidən yük maşınları ilə daşınır.

Məlum olub ki, ağacların kəsildiyi yer Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyidir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, çəkilən kadrlar Dəvəçi meşəbəyliyində 2021-ci il üçün ayrılmış səhiyyə qırma sahəsidir. Belə sahələr hər il müxtəlif ərazilərdə əhalinin və müxtəlif təşkilatların oduna olan təlabatını ödəmək üçün ayrılır. Burada isə müxtəlif kriteryalara aid yaşı ötmüş, qurumuş, xəstə ağaclar seçilərək insanların oduna olan tələbatını ödəmək üçün kəsilir.

Qeyd edək ki, bu odunların hər biri dövlət tərəfindən rəsmi rüsum əsasında insanlara və ya təşkilatlara satılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info