Bu müəllimlərin əmək haqqısı 40% artacaq

  • By admin
  • 15 Noyabr 2016 12:52

muellim

“Diaqnostik qiymətləndirmədə məqbul nəticə göstərən müəllimlərin əmək haqqının 40 faizədək artımı gözlənilir”.

Gununsesi.info-nun məlumatına görə, bunu  Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, müəllimlərin maaşının artırılmasında fəxri ad alması, iş stajı, ali təhsilli olması kimi amillərinin də təsiri olacaq: “Biz rayonlarda müəllimlərin maaşlarını hesablayan baş mühasiblər üçün təlimlər keçirik. Müəllimlərin maaşındakı bu artım yanvarın 1-dən hesablanacaq. Bu il hər rayon üzrə 100-200 arası müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub ki, onların da 40-50 nəfəri bu il yeni işə qəbul olunub. Qalanları isə ötən il müəyyən səbəblərdən diaqnostik qiymətləndirməyə qatılmayıb. Ötən il 10 faizdən aşağı nəticə göstərən müəllimlərin sayı qiymətləndirmədə iştirak edən ümumi müəllimlərin 1 faizini təşkil edib”.

Gununsesi.info