Bu müğənni heç vaxt ana olmayacaq

Bu müğənni heç vaxt ana olmayacaq

Avstraliyalı müğənni Kayli Minoq haqda yeni xəbər yayılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Coşua Sassemlə  ayrıldıqdan sonra 49 yaşlı ifaçı əsəb sarsıntısı keçirib.

O, bu barədə “The Sunday Times”a verdiyi müsahibədə danışıb.

“Çox acınacaqlı vəziyyətdə idim: bütün gün ağlayırdım, göz yaşlarımı saxlaya bilmirdim. Elə bil bütün orqanizmimdə pozuntu yaranmışdı.Titrəyirdim, heç bir şey istəmirdim. Psixikam reallığı qəbul etmək istəmirdi”.

Əsəblə bağlı problemlərini aradan qaldırmaq üçün müğənni Taylanda yollanıb. Hazırda Kayli tam sağaldığını deyir. O əmin edir ki,  onu ən çox üzən şəxsi həyatındakı uğursuzluqlar yox, heç vaxt ana ola bilməyəcəyidir.

“Yalnız ona ümid edə bilərəm ki, uşaqları olan kişiyə rast gələcəyəm. Yəqin ki, yaxşı ögey ana ola biləcəyəm”.

Xatırladaq ki, müğənninin depresiyyaya düşməsinə sbəb ötən il özündən 20 yaş kiçik nişanlısı, aktyor Coşua Sasseyin ona xəyanət etməsidir.

COMMENTS