Bu müharibənin bitməsinin bir yolu var, Putin Ukraynadan çıxmalıdır - BAYDEN

  • By admin
  • 02 Dekabr 2022 23:27

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə Moskvanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqların mümkünlüyünü qeyd edib.

Lakin o, Putinin 10 aylıq işğalını dayandırmaq üçün hələ ki, hər hansı bir addım atdığını görmədiyini bildirib.

HTML tutorial

Gununsesi.info xarici mediaya istinadən bildirir ki,  Fransa prezidenti Emmanuel Makronla Ukrayna və digər məsələlərlə bağlı bir neçə saatlıq təkbətək danışıqlardan sonra Ağ Evdəki mətbuat konfransında “Mən Putinlə danışmağa hazıram, lakin NATO müttəfiqləri ilə məsləhətləşdikdən sonra” deyib Bayden.

 

“Cənab Putinlə dərhal əlaqə saxlamaq fikrim yoxdur. Mən bunu təkbaşına etməyəcəyəm. Bu müharibənin bitməsinin bir yolu var, Putin Ukraynadan çıxmalıdır. Onun etdikləri dəhşətdir. Əgər o, müharibəni bitirmək üçün bir yol axtarırsa, hələ ki, bunu etməyib” – deyə, Bayden bildirib.

 

Makron ABŞ-ın Ukraynaya daha çox hərbi və humanitar yardımla dəstəyini davam etdirəcəyinə əmin olduğunu bildirib.

 

“Söhbət bizim dəyərlərimizdən gedir. ABŞ-ın Ukraynaya dəstək verməsi çox vacibdir” , Fransa lideri deyib.

 

Bayden deyib ki, ABŞ Kyiv hökumətinin razılığı olmadan müharibənin dayandırılması üçün “Ukraynadan güzəştə getməsini heç vaxt istəməyəcək”.

 

Bayden prezidentliyi dövründə Makronun ABŞ-a ilk səfəri zamanı “Fransa və ABŞ Vladimir Putinin ambisiyalarının qarşısını ala bilər” deyib.

 

“İki ölkə arasındakı ittifaq müdafiəmiz üçün vacib olaraq qalır. ABŞ Fransadan daha yaxşı tərəfdaş arzu edə bilməz” deyib Bayden.

 

O, Fransanı “azadlıq yolunda bizim köhnə müttəfiqimiz və sarsılmaz tərəfdaşımız” deyə, təsvir edib.

 

“Rusiyanın Ukraynaya təcavüzü ilə müharibənin Avropa torpaqlarına qayıtdığı bir vaxt, millətlərimizin və cəmiyyətlərimizin üzləşdiyi çoxsaylı böhranlar fonunda bir daha silahdaş olmalıyıq” – deyə, Makron Vaşinqtonda danışarkən bildirib.

 

Onun sözlərinə görə, Vaşinqton və Paris “azadlığa və demokratik dəyərlərə eyni inamla yanaşır”.

 

Bayden mətbuat konfransında qanunvericiliyin Avropa ticarət tərəfdaşlarını “heç vaxt xaric etmək üçün nəzərdə tutulmadığını” deyib. “Biz yenidən işə başladıq. Avropa yenidən biznesə qayıdır” – deyə, o bildirib.

 

Bayden özünün dediyi kimi, qanunvericiliyin bəzi aspektlərinin dəyişdirilməsinin gərək ola biləcəyini etiraf edib və ABŞ-la Avropa müzakirəçilərinin iqtisadiyyatlarının çiçəklənməsi üçün fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə əmin olduğunu deyib.

 

Tərcümə:

Afət 

Gununsesi.info