Bu müharibə hazırlığına bənzəyir - ƏRƏSTUN ORUCLU

  • By admin
  • 29 Yanvar 2023 11:52

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu İrana qarşı passiv dron hücumu haqqında yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

İranın hərbi və enerji obyektlərinə qarşı həyata keçirilmiş massiv dron hücumuna dair hələlik bunları demək istərdim:

1. Bu, post yazılan anadək nə İsrail bunu etdiyini təsdiqləməyib, nə də İran hərhansı rəsmi səviyyədə hücumun arxasında Tel-Əvivin dayandığını bildirməyib. Dünya mediasında İsrail versiyası yalnız ehtimal kimi göstərilib;

2. Bəzi mötəbər sayılan mənbələr (məsələn, Associated Press agentliyi) nədənsə (?) dron hücumu ilə bağlı yazısında İsrailin 2021-ci ildə İranın Natanzadakı nüvə obyektinə qarşı hücumu ilə yanaşı həm də İranın Azərbaycanla həmsərhəd ərazilərdə keçirdiyi təlimləri və səfirliyimizə son hücumu xatırlayıb (link şərhdə);

3. İki gün əvvəl Pressklub TV-də Kamran bəy Həsənli ilə səfirliyimizə hücumla bağlı müsahibədə aşağıdakı 3 məqamı vurğulamışdım:
– bu, müharibə anonsuna bənzəyir;
– Azərbaycanı konfliktə çəkməyə çalışırlar;
– bütün müharibələr təxribatlardan başlayır, biz buna uymamalıyıq.

4. İranın zərbələriə məruz qalmış bütün obyektləri İsfahan xaric coğrafi baxımdan ya Azərbaycan Respublikasına yaxın ərazilərdədir, ya da Cənubi Azərbaycanda;

5. Fikrimcə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək baş verənlərdən qəti şəkildə məsafələşməlidir;

6. Sosial mediada hadisə haqda paylaşım edən tanınmış ictimai-siyasi xadimlərimiz fikirlərində ehtiyatlı olsalar bunun ölkəyə ancaq xeyri dəyər. Masa üzərində Azərbaycanın taleyi ola bilər, odur ki, başqalarının çirkli oyunlarına alət olmamaliyiq.

7. Nəhayət, İranla istər İsrail, istərsə də başqa bir dövlət münasibətlərini başqa məkanlarda aydınlaşdırmalıdır. Azərbaycan Suriya deyil və qətiyyən də olmamalıdır.

Emin
Gununsesi.info